10:51, 10 Avqust 2019 (Şənbə) 93

Baş redaktorun ''kars''a salındığı deyilir

Baş redaktorun ''kars''a salındığı deyilir
Məhkəmə istintaqı aparılmadığı üçün aclıq aksiyası keçirən "realliq.info” saytının baş redaktoru İkram Rəhimov cərimə təcridxanasına (kars) salınıb.

Məlumatı Meydan TV-yə baş redaktorun yaxınları verib.

Bildiriblər ki, İkram Rəhimov 10 saat oturmağa yeri olmayan otağa salınıb, sonradan başqa cərimə təcridxanasına aparılıb:

"Hazırda aclıq səbəbindən İkram Rəhimovun səhhəti ağırlaşıb”.

İkram Rəhimov 5.6 il azadlıqdan məhrum edilib.

O, 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

Baş redaktor Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb.

İkram Rəhimov ittihamları rədd edir və deyir ki, onu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Mətbuat Şurasının sədri Əflatun Amaşov həbs etdiriblər.