14:03, 16 Oktyabr 2020 (Cümə) 80

Bayden inkişaf etmiş ölkələrdə Putinə olan etimadın Trampdan çox olmasına qəzəblənib

Bayden inkişaf etmiş ölkələrdə Putinə olan etimadın Trampdan çox olmasına qəzəblənib
Prezidentliyə namizəd Trampa görə dünyada ABŞ-a etimadın azaldığını bəyan edib

ABŞ-da prezident seçkilərində Demokratlar partiyasının namizədi Co Bayden hazırkı dövlət başçısı Donald Trampın inkişaf etmiş ölkələrin sakinlərinin etimad reytinqində Rusiya prezidenti Vladimir Putindən və Çin lideri Si Szinpindən geri qalmasına görə qəzəblənib.

 "Lenta.ru" xəbər verir ki, Bayden bu barədə "ABC" telekanalında seçiciləriylə görüşdə bəyan edib. 

Baydenin sözlərinə görə, Trampa görə, ABŞ dünya arenasında təcrid olunub, təhlükəsizlik sahəsində isə hər zamankından daha az effektivdir. 

"İran nüvə silahına heç vaxt olmadığı qədər yaxındır, Şimali Koreyanın daha çox bomba və raketi var, NATO-dakı tərəfdaşlarımız isə indi açıqca deyirlər ki, daha bizə etibar edə bilməzlər", - deyə demokrat bildirib. Bundan başqa, Ağ Evin hazırkı sahibi ölkəni vacib beynəlxalq təşkilatlardan və müqavilələrdən çıxarıb. 

Co Baydenin dünya miqyasında Trampa etimad olmadığına dair açıqlaması çox güman Vaşinqtonda xidmət göstərən müstəqil "Pew Research Center" mərkəzinin dünya liderlərinə olan etimadla bağlı araşdırmasına əsaslanır. 

Araşdırmada ən çox etimad olunan dünya liderlərinin siyahısına Almaniya kansleri Angela Merkel (76%) başçılıq edir. 

Ondan sonra siyahıda Fransa lideri Emmanuel Makron (64%) və Böyük Britaniyanın Baş naziri Boris Conson (48%) gəlir. Beynəlxalq siyasətdə repondentlərin 23%-i Putinə, 19%-i isə Si Szinpinə etimad etdik.