16:26, 31 Dekabr 2018 (Bazar ertəsi) 523

Bayrama görə metroda iş vaxtı uzadılacaq

Bayrama görə metroda iş vaxtı uzadılacaq
Bayram günlərində "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı Metropoliteninə giriş açıq olacaq", deyə Məmmədov bildirib.