13:37, 14 Dekabr 2019 (Şənbə) 39

Bazar günü hava yağmursuz olacaq

Bazar günü hava yağmursuz olacaq
Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Müalyim cənub küləyi əsəcək.
 
 
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan daxilində 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.