12:36, 10 May 2019 (Cümə) 62

BBC-nin əməkdaşı "Twitter”dəki paylaşımına görə işdən qovulub

BBC-nin əməkdaşı


/ DÜNYA
Böyük Britaniyada şahzadə Herri və həyat yoldaşı Meqan Marklın bazar ertəsi günü dünyaya gələn oğullarının doğum xəbərini şempanze fotosu ilə paylaşan BBC-nin radio aparıcısı Denni Beykır işdən uzaqlaşdırılıb.

BBC-nin məlumatına görə, Denni Beykır şəxsi "Twitter” hesabından etdiyi paylaşımda "Balaca kral xəstəxanadan çıxır” başlıqlı şempanzeləri ilə şəkil çəkdirən şərti cütlük fotosu paylaşıb. 

"Twitter”də yarım milyon izləyicisi olan 61 yaşlı Beykır meymunun fotosunu, sadəcə, zarafatla paylaşdığını söyləyib: "Öz oğlumun da fotosunu paylaşa bilərdim”.

Şəhzadənin yoldaşı Meqan Marklın afrika kökənli amerikalı olması səbəbi ilə "Twitter” izləyiciləri tərəfindən irqçiliklə ittiham olunan Denni Beykır aldığı sərt reaksiylardan sonra həmin paylaşımı silib.

BBC-dən verilən açıqlamada isə bildirilib: "Bu bizim dəyərlərə uyğun olmayan bir haldır. Denni çox yaxşı aparıcıdır. Lakin bundan sonra həftəlik proqramlarda aparıcılıq etməyəcək”.
 
Vüqar Mirzəbəy