18:02, 24 Dekabr 2019 (Çərşənbə axşamı) 332

BDU tələbərindən etiraz: Universitetdə banner asdılar - VİDEO

 
Dekabrın 24-də Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi ödənişli təhsilə etiraz edib.

ToplumTV-yə verilən məlumata görə, tələbələr universitetin 2-ci korpusunun pəncərəsindən "pulsuz təhsil" yazılan banner asıblar.  

"Pulsuz təhsil" şüarlı aksiya cəmi 5 dəqiqə çəkib və banner universitet rəhbərliyi tərəfindən yığışdırılıb.

Universitetin mətbuat katibi Pərvanə İbrahimova məsələ ilə bağlı araşdırma apardıqlarını, əlavə məlumat olsa, açıqlama verəcəklərini söyləyib.

Aytac Ağazadə