Siyasət

"Bədənin 80 faizi işləmir belə adamı həbsxanaya göndərmək onu diri-diri öldürmək deməkdir"

9 İyun, 2019
362
İyunun 8-də Bakıda Siyasi Məhbusların Müdafiə Mərkəzi Nardaran hadisələrinə görə həbs olunmuş və son günlər vəziyyətinin daha da pisləşdiyi bildirilən Əbülfəz Bünyadovla bağlı müzakirə aparıb. 

Toplantı iştirakçıları bildirdilər ki, Ə. Bünyadovun həyatına təhlükə var. Onların deməsinə görə, məhbusun bağırsaqlarına infeksiya düşüb, qida qəbul edə bilmir, sümüyə çatan yataq yarası açılıb. 

Mərkəzinin üzvü Zümrüd Yağmur qeyd edib ki: "Onun bədənin 80 faizi işləmir və belə adamı həbsxanaya göndərmək onu hər gün diri-diri öldürmək deməkdir. O, dərhal azadlığa buraxılmalıdır".

Tədbirdə Mərkəzin adından Azərbaycan hökumətinə Ə. Bünyadovun azadlığa buraxılması istəyi ilə bağlı müraciət qəbul olunub. İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev də deyib ki, Ə.Bünyatov azadlığa buraxılmasa ölkədə multikulturalizm, humanizm haqqında söhbətlər nağıllardan fərqlənməyəcək. O qeyd edib ki, bu ayın 12-də Ali Məhkəmə Ə.Bunyatovun şikayətinə baxmalıdır: "Biz müəyyən addımları atırıq və böyük ümidimiz var ki, Ə. Bünyadov ayın 12-də azad olunacaq".

Məhbusun bacısı Mərhəmət Bünyadova isə əlavə edib ki, qardaşı bir neçə aydır ancaq çörək, kartof soyutması ilə yaşayır: "Çünki bağırsaqlara infeksiya düşüb və o, normal qida qəbul edə bilmir. Səhhətində digər problemlər də var. Ayağı çarpayıya ilişir,... belindəki yaraya infeksiya düşə bilər. Müalicə Müəssisəsindəki vəziyyət belə, belə xəstələr üçün qənaətbəxş deyil. Bizim yeganə istəyimiz qardaşımın yaxşı müayinəsidir. Çünki onun heç bir orqanı normal işləmir".

Tədbirdə hazırda həbsdə olan bir sıra başqa şəxslərin də səhhəti ilə bağlı məsəllələrdən bəhs edilib.

Toplantıda Əbülfəz Bunyatovla bağlı qeyd edilənlərə, hələlik, Penitensir Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Bünyadov 2015-ci il noyabrın 26-da baş verən Nardaran əməliyyatında yaralanaraq iflic olub, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb. 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb.

2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. O, məhkəməyə xərəkdə gətirilib.

Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo