Siyasət

BƏƏ-nin “7-ci erməni oyunları”nda iştirak etmədiyi məlum olub

9 Sentyabr, 2019
477
Nazirlik Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş "7-ci erməni oyunları”nın açılış mərasimində Nikol Paşinyanın çıxışı zamanı sözügedən oyunlarda ilk dəfə olaraq bəzi ölkələrin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin də iştirak etməsi barədə iddiasına münasibət bildirib.

"Report" xəbər verir ki,  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bu barədə sualları cavablandırıb.

Sual: "Ermənistanın Baş naziri Nikol Paşinyanın 6 avqust 2019-cu il tarixində Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş "7-ci erməni oyunları”nın açılış mərasimində çıxışı zamanı sözügedən oyunlarda ilk dəfə olaraq bəzi ölkələrin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin də iştirak etməsini qeyd etmişdi. Bu xüsusda, həmin ölkələrin Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu tədbirə qatılması ilə bağlı hansı tədbirlər görülüb?"

Cavab: "İlk dəfə deyil ki, Ermənistan rəsmilərinin həqiqəti əks etdirməyən bəyanatları ilə üzləşirik. Qeyd etdiyiniz məsələ ilə bağlı ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota ünvanlayıb və cavab notasında BƏƏ XİN-i bildirib ki, Dağlıq Qarabağ ərazisində keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi həqiqətə uyğun olmayan məlumatları məqsədyönlü şəkildə yayaraq, qanunsuz separatçı rejimin guya ki, "tanınması” görüntüsünü yaratmaq istəyir. Öz növbəsində, bütün bu kimi cəhdlər sonda yayılan yalan məlumatların ifşası ilə nəticələnir".

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo