15:03, 10 Yanvar 2021 (Bazar) 79

Belarusda etiraz aksiyaları başlayıb

Belarusda etiraz aksiyaları başlayıb


/ DÜNYA
Minsk. Belarus 
FOTO: CNN
 
Belarusda ənənəvi anti-hökumət aksiyaları başlayıb.
 
TUT.BY xəbər portalının məlumatına görə, etirazlar paytaxt Minskdə və başqa şəhərlərdə keçirilir.

Əvvəlki bir neçə bazar aksiyasında olduğu kimi Minskdə internet və metro işləyir. Amma daha əvvəl çoxminlik aksiyalarda bir neçə metro stansiyası bağlanırdı və internetə girişdə məhdudiyyət yaradılırdı.

Jodino şəhərində isə hazırda 40-dan artıq şəxs hələ də həbsdədir və onların bir çoxunun yeni ili həbsxanada qarşıladığı deyilir.
Belarus prezidenti Aleksandr Lukaşenko isə yeni konstitusiya layihəsinin 2021-ci ilin sonuna hazır ola biləcəyini və onun referenduma çıxarılacağını bildirib.