13:43, 30 Noyabr 2019 (Şənbə) 80

Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı açıqlanıb

Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı açıqlanıb
"Seçki prosesinin əsas mərhələlərindən biri - namizədlərin qeydə alınması artıq başa çatıb".

Report-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 1606 bələdiyyəyə 15156 bələdiyyə üzvü seçilməlidir: "Bələdiyyə seçkilərində 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb" .

M.Pənahov deyib ki, təxminən, 50-60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb və adlarının bülletenə düşməsini istəməyib: "Bülletenlərdə 41 800-dən çox namizədin adı qeyd olunacaq. Əgər bu qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə rəsmi şəkildə müraciət edən namizədlərin adınının üzərindən xətt çəkiləcək".