İqtisadiyyat

Beynəlxalq Agentlik: "Yaxın dövrdə neftə tələbat azalacaq"

9 Avqust, 2019
482
Beynəlxalq Enerji Agentliyinin (İEA) avqust hesabatında 2019-cu ildə dünyada neftə tələbatın artımı ilə bağlı proqnoz gündəlik 100 min barel azalaraq 1,1 milyon barelə çatdığı göstərilib.

TASS xəbər verir ki, geosiyasi qarşıdurmalara əsasən, aşağı salınan proqnozun qarşıdakı dövrdə daha da azalacağı istisna edilmir.

2020-ci ildə neftə tələbatın artımı ilə bağlı proqnozda 50 min barel azaldılaraq gündəlik 1,3 milyon barel təşkil edir. Gündəlik tələbat həcminin isə 2019-cu ildə 100,4 milyon barel olacağı gözlənilir.

İstər 2019-cu, istərsə də 2020-ci ildə tələbatın artım sürəti qeyri-OPEC ölkələri tərəfindən təklifin artım sürətindən geri qalacaq. Belə ki, İEA-nın proqnozuna görə, sözügedən ölkələrdən dünya bazarına gündəlik neft tədarükü 2019-cu ildə 1,9 milyon barel, 2020-ci ildə də 2,2 milyon barel artacaq. Bütövlükdə, gələn il bazara neft tədarükünün yüksək səviyyədə olacağı ehtimal olunur.

"İqtisadi artımın ləngiyəcəyinə dair getdikcə daha çox əlamət nəzərə çarpır. Bir çox ölkələr ilin birinci yarısında ÜDM artımının zəif olduğunu açıqlayıb ki, bu da istehsal və ticarət həcminin azalmasını göstərir. Çinlə ABŞ arasında ticarət razılaşma ehtimalının azalması isə ticarət fəaliyyətlərinin səngiməsinə, neftə tələbatın artımının azalmasına gətirib çıxara bilər”, – hesabat müəllifləri vurğulayıblar.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo