11:00, 15 Fevral 2020 (Şənbə) 66

Beynəlxalq tələbələr ABŞ-da yeni məhdudiyyətlərlə üzləşə bilər

Beynəlxalq tələbələr ABŞ-da yeni məhdudiyyətlərlə üzləşə bilər


/ DÜNYA
Tramp administrasiyasının bu ay açıqlayacağı gözlənilən tələbələrlə bağlı məhdudiyyətlər nəticəsində Birləşmiş Ştatlarda təhsil alan tələbələr akademik həyatlarının hər mərhələsində ölkədə qalmaq üçün icazə almalı olacaqlar.
 
AmerikanınSəsinin verdiyi məlumata görə, "Forbes" jurnalında dərc olunan məqalədə deyilir ki, yeni qaydaya əsasən beynəlxalq tələbələrin Birləşmiş Ştatlarda qalma müddətləri məhdudlaşdırılacaq.

Yeni qaydalar nədir və kimlərə təsir edəcək?

Tələbələr üçün yeni qaydalara əsasən "ölkədə icazəli qalmaq üçün maksimum müddət" müəyyənləşdiriləcək və tələbələrdən planlarında hansısa dəyişiklik olduğunda hər dəfə icazə almaları tələb olunacaq. Tələbənin akademik karyerası gözlənildiyindən daha uzun sürərsə, onlar da bakalavrdan magistr proqramlarına keçənlər kimi eyni prosesdən keçəcəklər.

Yeni qanununun F1, F2, M1 və M2 tələbə vizalarına şamil olunacağı və 2020-ci ilin fevral ayında tətbiq olunmağa başlayacağı gözlənilir.

Birləşmiş Ştatlar Təhlükəsizlik Departamentinin (DHS) sözçüsü Amerikanın Səsinə deyib ki, "Bu qaydalar qeyri-immiqrant tələbələrin ölkədə vaxtından çox qalmaq hallarını azaltmaq məqsədi daşıyır".

Beynəlxalq tələbələr haradan gəlir?

Çin və Hindistan beynəlxalq tələbələrin təxminən yarısını təşkil edir ki, bu ölkələr ABŞ-a 363.341 və 196.271 tələbə göndərir.

F1 və M1 vizaları arasındakı fərq nədədir?

Hər iki viza tələbələr üçündür. Lakin F1 vizası ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi İdarəsi (USCIS) ilə Tələbə və Mübadilə Proqramı İştirakçıları ilə Bağlı Məlumat Sistemi tərəfindən akkreditasiya edilmiş təhsil müəssisələrində akademik proqramda iştirak edən və ya əyani təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulub".

M1 vizası isə dil proqramları, kosmetologiya məktəbləri və mexaniki tədqiqatlar kimi peşə təhsilləri almaq istəyənlər üçündür. USCIS-ən məlumatına görə, M1 vizası və onun himayəsində olan şəxslərə verilən M2 vizası yalnız bir il müddətinə etibarlıdır, amma tələbələr vizalarının üç ilə qədər uzadılması üçün müraciət edə bilər.