12:13, 26 Noyabr 2019 (Çərşənbə axşamı) 59

Bəzi rayonlarda avtobus parkları yenilənir

Bəzi rayonlarda avtobus parkları yenilənir
Quba, Şamaxı, Zaqatala, Masallı, Mingəçevir və Gəncədə avtobus parklarının yenilənmə prosesi başlayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, artıq daşıyıcı şirkətlər həmin şəhər və rayonlarda avtobusların bəzilərini yeniləri ilə əvəz ediblər.

Respublika üzrə yaşı (istismar müddəti) 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda avtobusların yenilənməsindən sonra bu rəqəm 64 faiz-ə enib.