23:00, 14 Oktyabr 2020 (Çərşənbə) 63

Bəzi rayonlarda karantin sərtləşdirildi

Bəzi rayonlarda karantin sərtləşdirildi
Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır. 

Bu barədə Nazirlər Kabineti(NK) məlumat yayıb. 

Məlumata görə, Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib. 

Qərar 2020-ci il 15 oktyabr saat 00:00-dan qüvvəyə minir. 
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.   
 
2020-ci ilin martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.