Müsahibə

"Bəziləri deyir ki, get, özünə iş-peşə tap”

22 İyul, 2018
2848
Son 2 ildə sosial şəbəkələrdə ən çox paylaşılan və böyük marağa səbəb olan layihələrdən biri də "United Colours of Azerbaijan”dır. 

Milli Fikir Mərkəzinin ideyası olan bu layihə çərçivəsində küçədə insanlara yaxınlaşaraq, onların fotoları çəkilir və məqsədləri soruşulur. 

Bir çoxlarına isə bu layihənin pərdə arxası məqamları maraqlıdır. 

Toplum. Tv layihənin koordinatoru Vəli Şükürovdan layihə haqda suallarımıza cavab aldıq.

- "United Colours of Azerbaijan” layihəsinin nə kimi faydası var?

- "United Colours of Azerbaijan” səhifəsi elə bir səhifədir ki, Azərbaycan gəncliyini tam olaraq ortaya qoyur. Səhifə gəncliyimizi göstərir. Şəxsən mənə çox maraqlıydı ki, bu  qlamurka dediyimiz qızların məqsədləri nədir? Onların çoxunun məqsədi model olmaq idi. Məgər model olmaq məqsəd ola bilərmi?

- Gənclərimizin çoxu ölkədən getmək istəyir. İstedadı olan gənclərin ölkədən getmək istəmələrinin səbəbi isə əsasən təhsildir....

- Bir qrup gənc də var ki, onların məqsədi yoxdur. Bu yaxınlarda bu barədə layihəmiz olacaq. Təqribi üç minə yaxın adam çəkmişəm, on beş faizinin məqsədi yoxdur.

- İnsanlara yaxınlaşarkən etirazlarla qarşılaşmısınızmı?

- Çox olub. Bir dəfə bir qıza yaxınlaşdım. Skamyada oturmuşdu. Heç demə yaxınlıqdakı başqa skamyada bir az əvvəl dalaşdığı sevgilisi oturubmuş. Xanıma yaxınlaşan kimi sevgilisi qaça-qaça gəlib çox böyük aqressiya ilə niyə yaxınlaşdığımı soruşmuşdu. Nə istəyirsən, vəsiqəni göstər və s... Bəzən də olur,  bir xanımın şəklini çəkirəm, oğlu, əri, qardaşı nömrəmi necəsə tapıb yığıb deyirlər ki, sil o şəkli. Layihəyə təzə başlamışdım, bir xanım yazdı ki,  olar şəklimi çəkəsən, mən də razılaşdım. Xanımla görüşdüm, şəklini çəkdim. Həyatdakı ən böyük məqsədi isə "Praqada rejissorluq oxumaq və vətənə qayıdıb erotik film çəkmək” olduğunu dedi. Daha sonra çox böyük səs-küyə səbəb olmuşdu bu sözlər, bir çox xəbər saytı paylaşdı. Sonra özü şəkli silməyimi istəmişdi. Lakin 30-a yaxın sayt artıq paylaşmışdı. Xanımın izlənməsi də bir xeyli artmışdı. Bir dəfə də gecə klublarından birində işləyən bir xanıma sual verdim: "Həyatdakı ən böyük məqsədiniz nədir?” Xanım isə həyatdakı ən böyük məqsədinin Dubaya getmək olduğunu dedi. Qeyd edim ki, xanım qısa bir yupkada idi. Bu haqda da çoxlu sayt paylaşım etdi. Media bunu əxlaqsızlıq kimi qələmə vermişdi. Üstündən bir az keçmişdi ki, həmin xanımı təsadüfən gördüm. O, "saytlar mənim haqqımda yazıb. Bu nə deməkdir - mən Dubaya əxlaqsızlığa niyə getməliyəm ki ?! İstiahətə getmək istəyirəm”, - deyə etiraz etdi. Qız, həqiqətən, haqlı idi, kim onun niyyətin bilə bilərdi ki. Bir dəfə də bir xanım həyatdakı ən böyük məqsədi olaraq "ağac olmaq istəyirəm” demişdi. Bu sosial şəbəkələrdə hətta gənclər arasında çox böyük zarafata çevrilmişdi. Mən isə çox peşman olmuşdum xüsusi izah vermədiyim üçün. Xanımın adı Fidan idi və xərçəng xəstəsi idi. Yaşamaq üçün mübarizə aparan Fidan böyüyüb ağac olmaq istəyirdi (Fidan pöhrə deməkdir). Camaatın ələ salması isə onu daha da depressiyaya salmışdı.

- Sizi tənqid edənlər olur?

- İlk başlarda tənqid o olurdu ki, niyə "Tarqovu”dan çıxmırsan. Mən də getdim "Qarayev"ə az qala döyülürdüm, getdim "Əcəmi"yə söyüldüm, getdim "Sovetski”yə az qala bıçaqlasınlar. Bəziləri də deyir ki, get özünə iş-peşə tap...

Əminə Məmmədova
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo