10:45, 11 Yanvar 2021 (Bazar ertəsi) 77

Bidzina İvanişvili siyasətdən getdi

Bidzina İvanişvili siyasətdən getdi


/ DÜNYA
Bidzina İvanişvili
FOTO: Civil.ge 
 
Gürcüstanlı milyarder, hakim Gürcü Arzusu Partiyasının təsisçisi və sədri Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb. 

"Sputnik Gürcüstan"ın yanvarın 11-də verdiyi xəbərə görə, İvanişvili bu barədə ictimaiyyətə açıq məktub ünvanlayıb. 

"Mən siyasəti birdəfəlik tərk etmək və idarəçiliyi tamamilə buraxmaq barədə qərar qəbul etmişəm. Hesab edirəm ki, mənim missiyam başa çatıb", - deyə milyarder məktubunda bildirib. 

Bidzina İvanişvili 1956-cı ildə Gürcüstanın İmereti rayonunun Çorvila Saçxer kəndində anadan olub. 1990-cı illərdə Rusiyada böyük biznes imperiyası quran İvanişvili 2011-ci ildə Gürcüstanda siyasətlə məşğul olacağını bəyan edərək, Gürcü Arsuzu Partiyasını təsis edib və 2012-ci ildə hakimiyyətə gəlib. Bundan bir il sonra o, siyasəti tərk etdiyini bəyan edib. 2018-ci ildə isə yenidən siyasətə qayıdıb və həmin ilin mayından hakim partiyaya rəhbərlik edib. 

Sonuncu qərarı ilə Bidzina İvanişvili 10 ildə ikinci dəfə siyasəti tərk etdiyini bəyan edib. 

7 milyard dollar sərvətə malik olduğu iddial edilən İvanişvilini bəzi siyasi şərhçilər Gürcüstan hakimiyyətinin real idarəçisi hesab edirlər.