Siyasət

“Bilinmir ki, bunlar həkimdilər, yoxsa düşmən"

29 İyun, 2019
395
Gəncə hadisələrinə görə həbs olunan Şahin Verdiyev və Asif Cavadovun vəziyyəti məhkəmədə yenidən pisləşib. Buna görə Sabunçu Rayon Məhkəməsinə təcili tibbi yardım çağırılıb, amma adları çəkilən şəxslər və onlarla birlikdə mühakimə olunan daha 6 nəfər təcili yardımın həkimlərindən narazı qalıb. 

Onlar həkimlərin kobud rəftarından şikayətləniblər. Bu barədə Meydan TV-yə Gəncə məhbuslarının yaxınları məlumat verib.

"Məhkəmə günorta saat 15.00-a təyin olunmuşdu. Onları səhər tezdən Kürdəxanı təcridxanasından çıxarıb, gətirib saatlarla məhkəmədə saxlayıblar. O adamların da səhhətində problemlər var, Şahin infarkt keçirib, üzünə baxanda görünür ki, sağlamlığı qaydasında deyil. Asif nəfəs ala bilmir. Digərlərinin də səhhətində başqa problemlər var”, - yaxınları bildirib.

Məhkəmədə Şahin Verdiyev həkimlərin davranışından şikayətlənib. Bildirib ki, Təcili Tibbi Yardımın həkimləri onlara münasibətdə həkim yox, düşmən kimi davranıb.

"Bilinmir ki, bunlar həkimdilər, yoxsa düşmən. Bizə elə davrandılar, elə kobud sözlər dedilər, vəziyyətimiz düzəlməkdən, əksinə, əsəblərimizlə oynadılar. Həkim az qalırdı məni döysün. Axırda onu qovdum ki, çıxıb getsin”, - Şahin Verdiyev məhkəmədə belə deyib.

Asif Cavadov da həkimlərdən və məhkəmə günortaya təyin edildiyi halda, səhər tezdən gətirilməsindən şikayətlənib: "Elə bir vəziyyətə düşdüm ki, buradakılar mənə dərman almaq məcburiyyətində qaldı. Niyə belə olmalıdır?”

Hakim göstəriş verib ki, həkimlərin bu cür münasibəti aktlaşdırılsın.

Məhkəmədə vəkillər təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması, onların üzərindəki xəsarət izlərilə əlaqədar ekspertiza keçirilməsi, yaxınlarının hesabına özəl xəstəxanada müayinə olunmasına imkan yaradılması barədə vəsatətlər qaldırıblar. Vəkillərin bu vəsatətlərinin heç biri təmin olunmayıb.

Təqsirləndirilən şəxslərin özləri isə məhkəmə-iclas protokolları ilə tanış olmaq istəyiblər, bu barədə yazılı vəsatətlərini hakimlərə təqdim ediblər. Onlara bu məsələdə də "yox” deyilib.

Ötən ilin iyulunda Gəncədə icra başçısı və mühafizəçisinin güllələnməsi, daha sonra iyulun 10-da keçirilən aksiyaya görə 70-ə qədər adam həbs olunub. Bu ilin fevralında bir neçə cinayət işi ayrılıb. Həbs olunanlar bir neçə qrupa bölünüb. Onların işi ayrı-ayrılıqda məhkəməyə göndərilib. Bir qisim təqsirləndirilən şəxsin haqqında istintaq isə hələ də davam edir. Onların arasında icra başçısı və mühafizəçisini güllələməkdə təqsirləndirilən Yunis Səfərov da var.

İşi məhkəməyə göndərilənlərdən üç qrupun mühakiməsi başa çatıb. Onlara 5 ildən 9 ilə qədər həbs cəzası verilib.

Şahin Verdiyev, Asif Cavadov, Elmir Hüseynzadə, Bəkrəm Əliyev və daha dörd nəfərin mühakiməsi isə davam edir. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda – Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo