Sosial

"Binanın gələcək statusunun müəyyən edilməsi prosesi üç aya qədər sürəcək" - İlkin Hüseynov

16 May, 2019
547
Molokanların keçmiş ibadət evinin ətrafında yaranmış münaqişənin həlli ilə Azərbaycan prezidenti yanında Gənclər Fondu məşğul olur. 

Hazırda S.Rüstəm küçəsi, 10 ünvanında yerləşən bu binanın gələcək statusunun müəyyən edilməsi prosesi gedir. Proses üç aya qədər sürəcək. Bu barədə Fonddan gənclərin "SalaamSinema" qeyri-rəsmi kinohəvəskarlar cəmiyyətinin rəhbəri İlkin Hüseynova bildiriblər.

Məsələ Milli Elmlər Akademiyasında da öyrənilir, belə ki, binanın tarixi dəyərini müəyyən etmək lazımdr. Sonra məsələ ilə digər instansiyalar məşğul olacaqlar.

Münaqişə mayın 6-da yaranıb. Binanın sahibi "SalaamSinema" qrupunu binadan çıxarmaq, binanı isə sökmək istəyib. Lakin gənclər çıxmaqdan imtina ediblər və dövlətdən memarlıq tikilisinin saxlanmasını tələb ediblər.

Gənclərin birinci vitse-prezident Mehriban Əliyevaya müraciətindən sonra çıxarılma prosesi dayandırılıb.

Gənclər bildiriblər ki, bina dövlətin mühafizəsinə götürüldükdən sonra oranı tərk edəcəklər. Bina onun formal sahibi Valeh Qasımovdan alınmalıdır, çünki o, binanı sökmək niyyətindədir.

Gənc fəallar ehtimal edirlər ki, binanın sahibi onun qəzalı və sökülməli olduğunu elan etməyə nail olar. "Biz tarixi binaya sahib olmağa iddia etmirik. Hesab edirik ki, onu azərbaycanlı molokanlara qaytarmaq düzgün olardı ki, onlar orada öz dini ayinlərini icra etsinlər. Biz onlarla görüşdük və bu barədə danışdıq", - İ.Hüseynov bildirib.

Rabitə Nazirliyinin mülkiyyəti olan bina keçmiş rabitə naziri Əli Abbasovun dövründə özəlləşdirilib. Belə güman etməyə əsas var ki, binanın real sahibi V.Qasımov deyil. Bakının mərkəzində çox məhdud sayda şəxsin obyekt özəlləşdirməsinə imkan verilir. Yerli sakinlərdən biri deyib ki, binanın əsl sahibi hansısa generaldır.

Hələlik molokanların ibadət evində bir neçə gənc növbə çəkir. V.Qasımovun nümayəndələri də oraya gəlir. Onlarla gənc fəallar arasında münasibətlər gərgindir. Binaya giriş sərbəstdir.
 
Turan İA

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo