14:11, 11 Fevral 2019 (Bazar ertəsi) 627

Bir ayda 519 əcnəbi saxlanılıb

Bir ayda 519 əcnəbi saxlanılıb
2019-cu ilin yanvar ayında Dövlət Miqrasiya Xidməti 519 əcnəbini saxlayıb.

Rəsmi məlumata görə, onların 6 nəfəri Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təşkil olunan tədbirlər zamanı müəyyən edilib.

Saxlanan 53 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 14 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, 452 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları üzə çıxıb.

438 nəfər barəsində inzibati qərarlar verilib, 14 əcnəbinin Azərbaycandan çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Başqa bir hesabata əsasən, Dövlət Miqrasiya Xidmətinin 919 çağrı mərkəzi yanvar ayında 8259 zəng qəbul edib. Zənglərin 2023-ü müvəqqəti yaşama icazəsi, 807-si olduğu yer üzrə qeydiyyat, 571-i daimi yaşama icazəsi, 455-i iş icazələri, 919-u vətəndaşlıq məsələləri, 292-si inzibati xəta, 3192-si digər məsələlərlə əlaqədar olub.

Novator.az