18:40, 23 Oktyabr 2020 (Cümə) 114

Bir neçə rayona giriş-çıxış qadağan edildi

Bir neçə rayona giriş-çıxış qadağan edildi
Nazirlər Kabineti Xüsusi karantin rejimi ilə bağlı dəyişikliklər edib. 

Bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.  

Məlumata görə, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Mingəçevir şəhəri, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxış dayandırılır.  

Hazırkı dövrədək ölkədə 48 min 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 
 
Onlardan 40 min 831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib.
 
Aktiv xəstə sayı 6734 nəfərdir.