Dünya

“Bir şərh və ya videonu görməzdən gəlməyəcəyik" - Ramzan Kadırov

24 İyun, 2020
354
Rusiyanın Şimali Qafqaz Çeçenistan Respublikasının lideri Ramzan Kadırov sosial mediada onu təhqir edən insanları ağır cəzalandıracağını bildirib, - "Current Time” xəbər verir.

"İnstagram”da yerləşdirilən bir videoda Kadırov onun özünü və ya "xalqını" onlayn şərhlərdə təhqir edən hər bir kəsə ürküdücü cəzalar tətbiq edəcəyini deyib.

"Biz heç kimə şəxsiyyətləri onlayn təhqir etməyə icazə verməyəcəyik," - Kadırov deyib: "Şərhlərinizi silin, hamısını oxuyuruq. Bütün bunlar üzərində işləyən bir qrup var. Bizim ənənələrimiz var və heç kim bizim adətimizi silə bilməz, buna görə kimsə məni öldürsə, problem deyil. Qanım, tayfam, ailəm, xalqım mənim üçün ən önəmli şeydir.

Biz bir şərhi və ya videonu belə görməzdən gəlməyəcəyik. "Dilinizə riayət edin,"- deyə o bildirib: "Barmaqlarınıza diqqət edin. Çünki barmağınızı qıracağıq və dillərinizi çıxaracağam. Bir şərh və ya videonu görməzdən gəlməyəcəyik".

Çeçen liderinin şərhi qonşu Dağıstanla yaşanmış sərhəd probleminə cavab olaraq gəlib. Çeçenistan son aylarda İnquşetiya və Dağıstan ilə sərhəd mübahisələrinin həlli üçün sərgilədiyi təcavüzkar davranışa görə bölgədə sərt tənqidlərə məruz qalıb.

Sentyabr ayında Kadırov və İnquşetiya lideri Yunus-Bek Yevkurov gizli danışıqlardan sonra sərhəd sazişi imzalayıb. Bu razılaşma İnquşetiya aktivistləri tərəfindən narazılıqla qarşılanıb. Onlar müqavilənin etibarsız sayaraq qeyd edirlər ki, razılaşmayla İnquşetiya ərazisi qeyri-qanuni olaraq Çeçenistana verilib. Bir neçə başqa torpaq sahələri də hazırda Çeçenistan və Dağıstan arasında mübahisələndirilir. Dağıstanda bəziləri inanır ki, Çeçenistan danışıqların bitməsini gözləmədən torpaqların nəzarətini öz üzərinə götürüb.

Fiziki zorakılıq Kadırovun diplomatik repertuarının hər zaman bir hissəsi olub. 2016-cı ildə beynəlxalq hüquq müdafiə qrupları Kremlinə Kadırovu nüfuzlu jurnalistlərə və müxalif siyasi xadimlərə qarşı ictimai təhdidlər yağdırmağa görə intizama dəvət etməyi önərib.

Kadırov deyib ki, jurnalistlər və hüquq müdafiəçilərinə "xalqın düşmənləri kimi davranılmalıdır".
 
Meydan.TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo