13:34, 12 Aprel 2019 (Cümə) 136

Bir sıra avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib

Bir sıra avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib
Bakıda 15 avtobusun son dayanacaq məntəqəsi dəyişdirilib.
 
Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Verilən məlumata görə, 2, 14, 13, 7a, 158, 142, 130, 59, 37, 96, 91, 29, 117, 83, 67 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi kimi Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzi müəyyən edilib.

Belə ki, avtobuslar 13 apreldən Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin xidmətində olacaq.