15:48, 29 Noyabr 2019 (Cümə) 84

Bitərəf deputatlar parlamentin buraxılması təklifini dəstəkləyib

Bitərəf deputatlar parlamentin buraxılması təklifini dəstəkləyib
Milli Məclisdə təmsil olunan bitərəf deputatlar da parlamentin buraxılması ilə əlaqədar iclas keçiriblər.

"Report” xəbər verir ki, iclasda bitərəf deputatlar parlamentin buraxılması ilə əlaqədar Milli Məclisə müraciət etmək təklifi ilə çıxış ediblər.

Dekabrın 2-də parlamentin keçiriləcək plenar iclasında müraciət müzakirə olunacaq. 

Noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.