10:02, 15 Oktyabr 2019 (Çərşənbə axşamı) 548

"Biz nə üçün Suriya və Əsəd üçün döyüşməliyik?" - Tramp



/ DÜNYA
Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasına qalib gələrək Suriyadan öz qoşunları çıxarıb.

Bu barədə ABŞ prezidenti Donald Tramp özünün tvitter  səhifəsində yazıb.

"İŞİD xilafəti üzərində 100%-lik  qələbədən sonra mən Suriyadan qoşunlarımızı çıxardım", - deyə o yazıb.

"Mən generallarımdan soruşdum: - Biz nə üçün Suriya və Əsəd üçün döyüşməliyik? Düşmənimizin torpağını müdafiə etmək üçün?", - o əlavə edib.