10:24, 08 Noyabr 2019 (Cümə) 84

Bloger bələdiyyə seçkilərinə qatıldı

Bloger bələdiyyə seçkilərinə qatıldı
Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Bu barədə Mehman Hüseynov öz feysbuk səhifəsində məlumat yayıb.

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. 

Mehman Hüseynov namizədliyini irəli sürməyi Parlament seçkiləri üçün bir test adlandırıb. 

O, bələdiyyə seçkilərində qalib olacağına inandığını bildirib. Hüseynov seçkilərə "Mehmanla irəli" şüarı ilə qatılıb. 

Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.