17:26, 20 İyun 2019 (Cümə axşamı) 67

BMT Camal Qaşıqçının ölümü ilə bağlı hesabat hazırlayıb

BMT Camal Qaşıqçının ölümü ilə bağlı hesabat hazırlayıb


/ DÜNYA
Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmə, hakimlər və istintaqlar üzrə xüsusi reportyoru Agnes Kallamard  jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar hesabat hazırlayıb.
 
Hesabatda qətl planının yeni detallarını ortaya qoyub. 

Kallamard Qaşıqçının öldürülməsi ilə əlaqədar hazırladığı hesabatda türk kəşfiyyatınan əldə etdiyi bəzi çıxışlardan, qeydlərdən istifadə edib. 

Qeydlərə görə, Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulu Məhəmməd əl-Uteybi qətldən öncə şəxsiyyəti naməlum şəxslə görüşüb. Uteybi ilə söhbət edən dövlət rəsmiləri bu tapşırıq üçün etibarlı bir protokol tələb olunduğunu və zərurət olduqda bu şəxsə xüsusi icazə verilə biləcəyini söyləyib.

Uteybi  başqa görüşdə deyib ki, Riyaddakı vəzifəli şəxslərdən biri ona zəng edərək "Riyadda təcili bir təhsil var” söyləyib. Uteybi, bu mövzunun çox gizli olduğunu vurğulayıb. 

Qeydlər göstərir ki, baş konsul Riyaddan gələn birinin məskunlaşma və hava bileti üçün tədbirlər görüb.

Hesabatda Səudiyyə edam qrupunun Riyaddan Qaşıqçını öldürmək üçün İstanbula necə gəldiyi ilə əlaqədar danışıqlara da yer verilib.

Qaşıqçının öldürülməsindən bir gün əvvəl, şəxsiyyəti naməlum bir adam bildirib: "Sabah Səudiyyə Ərəbistanından bir komissiyanın gələcəyi deyilib. İçəridə işləri iki- üç gün davam edəcək”.

Qaşıqçının konsulluğa girmədən bir neçə dəqiqə öncə edam qrupunun tibb mütəxəssisi Salah Məhəmməd Abduh et-Tubeyki və Səudiyyə xarici kəşfiyyatının işçisi Mahir Abdulaziz Mutreb arasında dialoqa da hesabatda yer verilib.

Belə ki, Səudiyyə Ərəbistanı kəşfiyyat xidməti işçisi Mahir Abdulaziz Mutreb Tubeykidən Qaşıqçının cəsədini çantaya qoymaq mümkün olub-olmadığını soruşub. 

Tubeyki isə qarşılığında: "Xeyr, çox ağır" şəklində cavab verib. Sonra Tübeyki: "Çətin olacaq, parçalara ayrılacaq, bədən ağırdır, ilk növbədə yerdə kəsəcəyəm, əgər plastik torbalar götürsək və parçaları kəsərsək, hər birini bağlayacağıq".

Mutreb və Tubeykinin Qaşıqçının cansız bədənini "dəri çantalara" qoymağı planladığı hesabatda bildirilib. Tubeykinin "Mənim birbaşa idarəçim nə etdiyindən xəbərdar deyil, məni qorumaq üçün kimsə yoxdur" ifadələri onun narahatlıqlığını ifadə edir. 

Söhbətin sonunda Mütreb "qurbanlıq heyvanın" gəlib- gəlmədiyini soruşur və gəldiyi cavabınıı alır.

Qaşıqçının konsulluğa girdikdən sonra onun Səudiyyə Ərəbistanına gedib-getməyəcəyi soruşulub.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, Qaşıqçıya "Səni geri göndərməyə məcburuq. İnterpoldan belə əmr almışıq” deyilib. Qaşıqçı bundan sonra  ona qarşı heç bir iddia olmadığını və çöldə onu gözləyənin olduğunu deyib.

Edam qrupundan Mutreb Qaşıqçıdan oğluna bir mesaj göndərməsini istəyib. Qaşıqçı isə nə deyəcəyini soruşub. Bir neçə dəqiqəlik qarşılıqlı dialoqdan sonra qrup, Qaşıqçıya "sənə keyidici veriləcək" deyib. 

Hesabatda daha sonra Qaşıqçı ilə qrup arasında dava olduğu, bunda sonra isə öldürüldüyü bildirilib.
 
Əbülfət Baxşəli