13:40, 04 Noyabr 2019 (Bazar ertəsi) 66

BMT Donbasda müharibədə ölən mülki şəxslərin sayını açıqlayıb

BMT Donbasda müharibədə ölən mülki şəxslərin sayını açıqlayıb


/ DÜNYA
Ukraynanın Donetsk və Luqansk vilayətlərində 2014-cü ildən başlayan silahlı münaqişə nəticəsində 3 min 330 mülki şəxs həyatını itirib.

Bu barədə BMT-nin Tvitter səhifəsində məlumat yerləşdirilib.

Donbasda müharibədə 9 min mülki şəxs isə yaralanıb. Bununla bərabər, 1,3 milyon insan məcburi köçkün durumuna düşüb, 3,5 milyon insanın yardıma ehtiyacı var.