15:09, 21 İyun 2019 (Cümə) 147

BMT əhalisi ən çox azalan ölkələrinin siyahısını açıqlayıb

BMT əhalisi ən çox azalan ölkələrinin siyahısını açıqlayıb


/ DÜNYA
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti yeni əhali hesabatı dərc edib. 

Bu barədə "Novator.az" xəbər verib.

Xəbərə görə, hesabatda dünya əhalisinin artım tempinin 1950-ci ildən bəri ən aşağı həddə düşdüyü qeyd olunur.

Ekspertlər 2010-2019-cu illərdə əhalisi ən çox azalan ölkələrin adlarını da açıqlayıb. İlk pillədə Suriya dayanır. 2010-2019-cu illərdə bu ölkənin əhalisi 20% azalıb.

İkinci yerdə 18% azalma ilə Puerto-Riko, üçüncü yerdə 12%-lə Litva gəlir.

2010-2019-cu illər ərzində Bosniya və Herseqovinanın əhalisi 11%, Latviyanın, həmçinin Uollis və Futuna adalarının əhalisi 10%, Andorranın əhalisi 9%, Sen-Pyer və Mikelonun əhalisi 8,5%, Bolqarıstanın əhalisi 6%, Rumıniyanın əhalisi 5,5% azalıb.