16:29, 21 May 2019 (Çərşənbə axşamı) 286

BNA: "Problem aradan qaldırılır"

BNA:
Hövsan-"28 May" metrostansiyası marşrut xətti üzrə hərəkət edən 175 nömrəli yeni avtobuslarda sərinlik sistemi işləmir.

Bu barədə Toplum.Tv-yə sərnişinlər məlumat veriblər. 

"BakuBus" MMC-yə  məxsus avtobuslarda bu problemin bir müddətdir ki, davam etdiyi bildirilir. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Toplum.Tv-yə bu sahədə bəzi texniki problemlərin olduğunu təsdiqləyib.

O deyib ki, mövcud problemlərlə bağlı tədbirlər görülür və hazırda aradan qaldırılır: "Ola bilsin ki, 175 nömrəli  avtobusların birində sərinlik sistemi olmasın. Amma bu o demək deyil ki, bütün avtobuslarda yoxdur. Əslində, ölkədə yay mövsümü  iyulun 15-dən  başlayır. Lakin son vaxtlarda havaların isti keçməsi, temperaturun yuxarı olması səbəbindən sərinlik sisteminin işlək vəziyyətə gətirilməsi ilə bağlı  "Baku Bus"a  göstəriş var. "Baku Bus"un bəzi avtobuslarında bir sıra texniki problemlər ola bilər, lakin bu, bütün avtobuslara şamil oluna bilməz". 

"Mövcud problemlərlə bağlı tədbirlər görülür və hazırda problemlər aradan qaldırılır. Vətəndaşın və mətbuatın müraciəti zamanı dərhal məsələyə baxılır", - Mais Ağayev qeyd edib.

Zərifə Novruz