15:21, 31 İyul 2019 (Çərşənbə) 63

BP gəmiləri Hörmuz boğazından keçməyəcək

BP gəmiləri Hörmuz boğazından keçməyəcək


/ DÜNYA
Böyük Britaniyanın "British Petroleum” (BP) şirkəti ölkəsinin İranla aralarında mövcud gərginliklə bağlı yaxın zamanda Hörmüz boğazından neft daşımağı nəzərdə tutmur.

"Report.az" xəbər verir ki, bu barədə şirkətin maliyyə direktoru Brayan Gilvari bildirib.

"Yaxın gələcəkdə şirkətin bayrağı altında heç bir tanker Hörmüz boğazından keçməyəcək. BP Fars körfəzindən neft daşımaq üçün çarter gəmilərindən istifadə edir”, - B.Gilvari qeyd edib. 

Son vaxtlar Böyük Britaniya və İran arasında qarşılıqlı tanker həbslərindən sonra BP artıq üç həftədir Hörmüz boğazından öz gəmilərilə neft daşımaları həyata keçirmir.