20:51, 06 Dekabr 2018 (Cümə axşamı) 81

“Brent” markalı neft 92 dollar olacaq

“Brent” markalı neft 92 dollar olacaq
2030-cu ildə "Brent” markalı neftin bir barelinin orta illik qiyməti 92 ABŞ dollarına çatacaq.

"Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının kənd təsərrüfatına dair proqnozunda bildirilib.

Proqnoza görə, 2022-2027-ci illər ərzində isə "Brent” markalı neftin bir barelinin orta illik qiyməti 80-85 dollar arasında dəyişəcək.