14:56, 28 Oktyabr 2019 (Bazar ertəsi) 50

“Brexit” təxirə salınıb

“Brexit” təxirə salınıb


/ DÜNYA
Avropa İttifaqının 27 üzv ölkəsi Böyük Britaniyanın təşkilat üzvlüyündən çıxmaq məsələsini 2020-ci il yanvarın 31-dək  təxirə salmaq barədə müraciətini qəbul edib.

Bu barədə "Politico" xəbər verib. 
 
Məlumata görə, Avropa Şurasının prezidenti Donald Tusk bu barədə Brüsseldə açıqlama verib.
 
Daha əvvəl Tusk ingilis hökumətinin "Brexit” razılaşmasını 3 gün ərzində İcmalar Palatasından keçirməyi məqsədləyən təklifin rədd edilməsinin ardınca Tvitter səhifəsindən bir mesaj paylaşıb: "İngiltərənin Baş naziri Boris Consonun "Brexit” sazişinin ratifikasiyasını dayandırması barədə qərarından sonra 27 üzv dövlətdən Britaniyanın uzatma tələbini qəbul etməsini istəyəcəyəm".