10:45, 06 Dekabr 2018 (Cümə axşamı) 122

Britaniya investor vizalarının verilməsini dayandırır

Britaniya investor vizalarının verilməsini dayandırır


/ DÜNYA
Böyük Britaniya hökuməti sabahdan , dekabrın 7-dən etibarən investor vizalarının verilməsini dayandıracaq.

Yerli KİV xəbər verir ki, bu addım mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində atılıb.

"Tier-1" vizası insanlara ölkə iqtisadiyyatına 2 milyon funt sərmayə qoymaq qarşılığında Böyük Britaniyada yaşamaq icazəsi almağa imkanı verir. İnvestisiyanın məbləğindən asılı olaraq, icazə üçün beş, üç və ya iki il sonra müraciət etmək olar.

Bu il martın sonlarında Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Daxili İşlər Nazirliyinin investorlara, o cümlədən zəngin insanlara viza verilməsi prosesinin araşdırılacağını söyləmişdi.

Report