15:07, 25 Sentyabr 2019 (Çərşənbə) 467

Britaniya parlamenti fəaliyyətini bərpa edib

Britaniya parlamenti fəaliyyətini bərpa edib


/ DÜNYA
Böyük Britaniya parlamenti fəaliyyətini bərpa edib.

Bu barədə APA İA xəbər verib.

Xəbərə görə, dünən Böyük Britaniya Ali Məhkəməsinin verdiyi qərardan sonra parlament bu gün özünün fəaliyyətini bərpa edib.

Baş Nazir Boris Conson Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasından qayıdaraq, parlamentin bugünkü iclasında iştirak edəcək.

Sentyabrın 24-də Ali Məhkəmə B. Consonun parlamentin fəaliyyətinin oktyabrın 14-dək təxirə salınması qərarını qanunsuz elan edib. Məhkəmə hökmünə görə, parlamentin işi dayandırılmış sayılmır, deputatlar özləri üçün əlverişli olan vaxtda işlərini bərpa edə bilərlər.

Böyük Britaniya kraliçası II Yelizaveta Baş Nazir B. Consonun parlamentin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı planını təsdiqləyib.