17:35, 09 Yanvar 2020 (Cümə axşamı) 208

Britaniya Səfirliyindən Azərbaycan idmançılarına dəstək

 
Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycan boccia məşqçiləri, həm də idmançıları üçün Britaniyanın aparıcı Boccia məşqçisi Metyu Kendrikin 2 günlük Bakıya səfərini təşkil edəcək.

Bu barədə səfirliyin feysbuk səhifəsində məlumat yayılıb.

"Böyük Britaniya Paralimpiya Hərəkatı ilə əlaqələri ilə fəxr edir və Böyük Britaniyanın Bakıdakı səfirliyi Boccia’nın inkişafına dəstək olmaq üçün, Britaniyanın aparıcı Boccia məşqçisi Metyu Kendrikin 2 günlük Bakıya səfərini təşkil edərək, Azərbaycanın Milli Paralimpiya Komitəsilə əməkdaşlıq etməkdən məmnundur" - deyə məlumatda bildirilib.

Məlumatda bildirilir ki, 10-11 yanvar tarixlərində həm Azərbaycan boccia məşqçiləri, həm də idmançıları üçün Bakıda təlim-məşq toplantısı keçiriləcək.

Səfirliyin məlumatında Boccia-nın fəaliyyəti barədə videoların davamlı olacağı qeyd edilib: "Növbəti günlərdə sizinlə Boccia-nın Azərbaycanda həyatları necə dəyişdiyini və məşqçi və idmançıların Metyu Kendrikin səfərindən nələr öyrəndikləri haqqında daha bir neçə qısa videolar paylaşacağıq".