17:00, 09 Sentyabr 2019 (Bazar ertəsi) 84

“British Airways” pilotları tətilə başlayıb

“British Airways” pilotları tətilə başlayıb


/ DÜNYA
"British Airways” aviaşirkətinin pilotları sentyabrın 9-da 48 saatlıq tətilə çıxıblar.

Bu barədə Azadlıq Radiosu xəbər verib.

Xəbərdə deyilir ki,  pilotların tətilə başlama səbəbi maaşlarının artırılmasını ilə bağlıdır. Şirkət reyslərin çoxunu təxirə salmalı olub.

Bu, "British Airways” tarixində pilotların ilk tətilidir. Onlar növbəti etiraz aksiyasını sentyabrın 27-nə planlaşdırırlar.

"Tətil şirkətə mübahisənin həllindən ötrü gərəkən investisiyadan baha başa gələcək”, – aviaşirkətin Pilotlar Assosiasiyasının Baş katibi Braian Stratton deyib.

Aviaşirkət pilotların tətilini əsassız sayır, onların maaşının ədalətli olduğunu deyir. Ancaq "British Airways” əlavə edir ki, pilotlarla danışıqları davam etdirməyə hazırdırlar.

Aviaşirkət indi reysləri ləğv olunmuş sərnişinlərin ya biletpulunu qaytarmalı, ya da onlar üçün alternativ tapmalıdır.