13:44, 13 May 2019 (Bazar ertəsi) 21

Brüsseldə Aİ və "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşü başlayıb

Brüsseldə Aİ və
Brüsseldə Avropa İttifaqı ölkələrinin və "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan altı ölkənin xarici işlər nazirlərinin görüşü başlayıb.

Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edir.

Görüş Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin sədrliyi ilə keçirilir.

Mayın 13-ü axşam Avropa Şurasının sədri Donald Tusk "Şərq Tərəfdaşlığı" ölkələrinin hökumət və dövlət başçılarının şərəfinə qəbul təşkil edəcək. Qəbulda həmçinin proqramın təşəbbüskarı olan Polşa və İsveçin keçmiş xarici işlər nazirləri Radoslav Sikorski və Karl Bildt də iştirak edəcək.

Görüş zamanı iştirakçılar "Şərq Tərəfdaşlığı" Proqramının həyata keçirilməsini müzakirə edəcəklər.
 
Report.az