Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 12-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
Bu barədə Müsavat Partiyası sədri Arif Hacılı feysbuk səhifədində məlumat yayıb: "12 noyabr aksiyamıza da "yox"cavabı verildi. Heç bir halda aksiyalarımıza icazə verilmir. Müsavata icazə verilmir. Nəinki mitinqimizə, hətta piketimizə də icazə verilmir".
Partiyası sədri qərarın qərəzli olduğunu vurğulayıb: "Niyə məhz Müsavata, niyə hər hansı aksiyaya, niyə hətta piketə də icazə verilmir? Məncə, bu sualın cvabı qərəzsiz olan hər kəsə aydındır".
"Bundan daha artıq güzəştimiz mümkün deyil. Noyabrın 12-də, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında "Konstitusiyaya əməl et", "Sərbəst toplaşma azadlığı təmin edilsin" və digər şüarlarla planlaşdırdığımız aksiyamız keçiriləcək!", - deyə o əlavə edib.
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının 2019-cu il yanvarın 12-nə və martın 10-na təyin olunmuş yürüşlərinə, 7 aprel mitinqinə imkan verməyib.
Partiya daha əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin olunmuş 2, İranın Azərbaycandakı səfirliyinin qarşısına təyin olunmuş 1 piketə də razılıq ala bilməyib.
Aytac Ağazadə
XƏBƏRLƏR