15:15, 06 Noyabr 2019 (Çərşənbə) 140

BŞİH Müsavatın mitinq tələbinə cavab verib

BŞİH Müsavatın mitinq tələbinə cavab verib
Noyabrın 6-da Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.  
 
Partiyadan "Basta"ya bu barədə məlumat verilib.

Bildirilib ki, paytaxt meriyası aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

Müsavat Partiyası aksiya üçün Tofiq Bəhrəmav adına stadionun qarşısındakı meydan, Dərnəgül metrostansiyasının çıxışında olan meydan, yaxud "Məhsul” stadionunda yer ayrılmasını istəmişdi. 

BŞİH-dən verilən cavabda deyilir ki, "Məhsul” stadionunda təmir işləri gedir, metrostansiyaların qarşısında olan meydanların isə "nəqliyyatın sıx hərəkət etdiy" ərazi olduğu üçün, burada aksiyanın keçirilməsi məqsədəuyğun sayılmır.  

Müsavat Partiyası BŞİH-in bu cavabını qanunsuz sayır və buna etiraz olaraq paytaxt meriyasının qarşısında aksiya keçirəcəyini bildirib.

Partiya başqanının müavini Səxavət Soltanlının "Basta"ya verdiyi məlumata görə, noyabrın 12-də BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndəriləcək. 

"12 noyabr – Konstitusiya günündə, konstitusiyanın 49-cu madəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz əlaməti olaraq aksiya keçirəcəyik” – deyə, Səxavət Soltanlı bildirib.