18:35, 12 Fevral 2020 (Çərşənbə) 276

BŞİH qərarını dəyişdi: mitinqə icazə verdi

BŞİH qərarını dəyişdi: mitinqə icazə verdi
Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

Bu barədə D18 Hərəkatının sədri Ruslan İzzətli məlumat yayıb.

O bildirib ki, icra hakimiyyəti D18 Hərəkatının sədri Ruslan İzzətlini görüşə çağırıb. 

Görüşdə İcra Hakimiyyətinin ictimai-siyasi humanitar sahənin rəhbəri Elmin İmanov bildirilib ki, mitinqin Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğundur.

Həmçinin Ruslan İzzətli qeyd edib ki, Lökbatanda mitinqin keçirilib-keçirilməməsi digər namizədlərlə müzakirə edildikdən sonra qərar veriləcək: "Bütün hallarda seçki saxtakarlıqlarına etiraz etməliyik."

Daha əvvəl BŞİH-də müraciətə baxılıb və mitinqin keçirilməsinə icazə verilməyib. 
 
 

Fevralın 11-də müxalif partiyalar və müstəqil namizədlər seçkidə saxtakarlıqlarına qarşı birgə mitinq keçirmək qərarı veriblər.

Müsavat, Real partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
 
 

Müraciətdə mitinqin 16 fevral-da saat 15:00-dan  17:00-dək Bakı şəhərində 28 may metrostansiyasının qarşısında keçirilməyi nəzərdə tutulub.

9 fevral 2020-ci ildə Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutub.
 
Aytac Ağazadə