17:05, 21 Noyabr 2020 (Şənbə) 74

Bu gün Azərbaycanda 28 nəfər koronavirusdan vəfat edib

Bu gün Azərbaycanda 28 nəfər koronavirusdan vəfat edib
Azərbaycanda koronavirusa 2 735 yeni yoluxma faktı qeydə alınıb, 1 374 nəfər müalicə olunub və evə buraxılıb, 28 nəfər vəfat edib.

Bu barədə noyabrın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək ölkədə ümumilikdə 89 898 nəfər yoluxub, onlardan 62 243 nəfər müalicə olunaraq sağalıb, 1 107 nəfər vəfat edib, aktiv xəstələrin sayı 26 548 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 220, ötən müddət ərzində isə ümumilikdə 1 592 280 test aparılıb.