18:25, 09 Noyabr 2019 (Şənbə) 55

Bu gün Dövlət Bayrağı günüdür

Bu gün Dövlət Bayrağı günüdür
9 Noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür.

Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Azərbaycan Cümhuriyyəti hökumətinin 9 noyabr tarixli iclasında qəbul olunub. 

1920-ci ilin 28 aprelində Azərbaycan sovetləşənə qədər qüvvədə qalıb. 1991-ci il 18 oktyabr müstəqillik illərində bayraq Azərbaycan Xalq Cümhuriyyətinin ( AXC) mirası kimi bərpa olunub. 

Üçrəngli bayraqdakı hər bir rəng Əli bəy Hüseynzadənin "türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" ideyası ilə uzlaşır. 

Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan  ibarət  olub, qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. 

Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə islamçılığı tərənnüm edir. 

2009-cu ildən etibarən 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd olunur. Noyabırın 9-u şənbə gününə düşdüyündən 11 noyabr(bazar ertəsi) qeyri-iş günü olacaq.

Roza Məmmədova