10:11, 29 Noyabr 2019 (Cümə) 58

Bu gün Milli Məclis Azərbaycanın yeni ombudsmanını seçəcək

Bu gün Milli Məclis Azərbaycanın yeni ombudsmanını seçəcək
Milli Məclisin bu gün keçiriləcək plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.

Məlumatı Report yayıb.

Məlumata görə, ombudsman vəzifəsinə üç namizəd irəli sürülüb. 

Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.