17:05, 24 Dekabr 2018 (Bazar ertəsi) 615

Bu il Azərbaycana 2,5 milyon turist gəlib

Bu il Azərbaycana 2,5 milyon  turist gəlib
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana səyahət edən əcnəbi vətəndaşların sayı 2,5 milyona çatıb.

Bu 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər çoxdur, Dövlət Turizm Agentliyi bildirib.

RF, Gürcüstan və Yaxın Şərqdən turistlərin sayı səyahətçilərin ümumi sayının 65%-ni təşkil edib.

Ənənəvi olaraq, Pakistan, Hindistan və Türkmənistan Asiya, BƏƏ, Səudiyyə Ərəbistanı və İraq isə Yaxın Şərq bölgələrinin əsas bazarları olaraq qalıb.

Bununla yanaşı, sözügedən dövrdə Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı olan İrandan gələn turistlərin sayı 33% azalıb. 

Turan İA