16:27, 08 Avqust 2019 (Cümə axşamı) 46

Bu il Azərbaycana turist axını artıb

Bu il Azərbaycana turist axını artıb
Bu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da ötən ilin iyul ayına nisbətən 10,6% çoxdur.

Bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qonaqların 35%-ni Rusiyadan gələnlər təşkil edib. 1 il əvvəllə müqayisədə Rusiyadan 11 min, yaxud 10% çox qonaq gəlib. 

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə bu ölkədən 12 min və yaxud 26% daha çox xarici vətəndaş gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə - 29 minə çatıb.

2019-cu ilin yanvar-iyul aylarında isə Azərbaycanı 1,8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk 7 ayı ilə müqayisədə 122 min və yaxud 7,4% çoxdur.

Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.

Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.