Sosial

Bu il ən çox hansı sahələrə vəsait ayrılıb?

13 Sentyabr, 2019
497
Azərbaycana qoyulan xarici sərmayələr azalıb.

Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.

Məlumata görə, son bir ildə 36,4 faiz və ya 297 milyon dollar azalıb.

Azərbaycana xaricdən kapital qoyuluşunda da azalma var. Ötən ilin eyni dövründə daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59.4 faizini təşkil etmişdi.

DSK-nın ilin ilk 3 ayı ilə bağlı açıqladığı rəqəmlərdə də ilin ilk 3 ayı ərzində Azərbaycana yatırılan xarici sərmayələrin həcminin azaldığı bildirilirdi.

2018-ci ildə 816 milyon dollar olan yatırım 2019-cu ildə 519 milyon dollar olub. Yəni, xarici sərmayələr bir ildə 36,4 faiz və ya 297 milyon dollar azalıb.

Bəs nəqədər vəsait kapitala yönəldilib?

2019-cu ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 8627.2 milyon manat vəsait yönəldilib.

Bildirilir ki, bu, əvvəl açıqlanan 8953.6 milyon manatla müqayisədə azdır.

DSK qeyd edib ki, hazırkı hesabat dövründə sərf edilmiş vəsaitin 66.7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin payına düşüb:

"Ümumi sərmayənin 64.3 faizi məhsul istehsalı, 26 faizi xidmət, 9.7 faizi isə yaşayış evlərinin tikintisi sahəsinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70.7 faizini təşkil edib”.

DSK-nın məlumatına görə, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində bank kreditləri cəmi 7.8 faiz olub. Qalan hissə müəssisələrin, əhalinin və büdcənin payına düşüb.

Ancaq Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşmasından, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılmasından danışıb. O bildirib ki, Azərbaycana xaricdən investisiya, sərmayə qoymaq istəyənlərin artıb. Çinin iri şirkətləri də Azərbaycana sərmayə qoymaq üçün böyük maraq göstərirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo