16:35, 23 Sentyabr 2019 (Bazar ertəsi) 181

Bu il metrodan nə qədər insan istifadə edib?

Bu il metrodan nə qədər insan istifadə edib?
Bu ilin yanvar-avqust aylarında "Bakı Metropoliteni" QSC 150,3 mln. sərnişin daşıyıb. 

Bu, demək olar, ötən ilin müvafiq dövrü üzrə olan göstəriciyə bərabərdir.

Dövlət Statistika Komitəsi bu barədə  məlumat yayıb.

Məlumata görə, 2018-ci ilin 8 ayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 150,4 mln. nəfər olub.

Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.