15:13, 26 Dekabr 2018 (Çərşənbə) 301

Bu il Yaponiya əhalisi azalıb

Bu il Yaponiya əhalisi azalıb


/ DÜNYA
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi əhalinin sayı ilə bağlı hesabat yayıb.

2018-ci ildə doğum sayının rekord həddə aşağı düşdüyü qeyd olunur. Hesabata əsasən, bu il Yaponiyada 921 min uşaq doğulub. Bu, 1899-cu ildən bəri an aşağı göstəricidir.

2017-ci illə müqayisədə doğum sayında 25 min azalma qeydə alınıb. Ölüm sayı isə artaraq 1 milyon 369 min olub və əhalinin sayı 448 min nəfər azalıb.

2018-ci ildə ölkə əhalisinin ümumi sayı 124 milyon nəfər təşkil edib. 2065-ci ilə qədər bu rəqəmin 88 milyona düşəcəyi proqnozlaşdırılır.

Novator.az