11:42, 20 Dekabr 2018 (Cümə axşamı) 610

Bu məhsulların İrandan ixracı qadağan edilir

Bu məhsulların İrandan ixracı qadağan edilir
22 dekabrdan İrandan kərə yağı, müxtəlif dənli bitkilər, bəzi kənd təsərrüfatı məhsullarının ixracı qadağan edilib.

Bu barədə İran Gömrüyünün İxrac İdarəsinin baş direktoru Əli Əkbər Şamani bildirib.

Məlumata əsasən, bazarı təmin etmək və tənzimləmək məqsədilə kərə yağı, noxud, göy noxud, qaragöz lobya, lobya, qırmızı lobya və sair lobyalar, mərci, paxla və digər dənli bitkilərin ixracı qadağan edilib.

Trend