15:36, 25 Mart 2019 (Bazar ertəsi) 354

"Bu onu göstərir ki,bizim telefon keçirmək niyyətimiz olmayıb”

"Bəli, martın 21-də Hacı Telehlə uzunmüddətli ailə görüşünə gedərkən 3 yaşlı oğlumuz Əbülfəzl-Abbasın balaca oyuncaq çantasının içərisindən iri "Samsung Grant” markalı telefon aşkarlanıb. Biz, telefonun bizim olmasını qətiyyən danmadıq. Bilirdik ki, telefon bizimdir, onu bilərəkdən gətirməmişik, sadəcə uşaq bilmədən oyuncaqları olan çantaya qoyub. Telefon uşağın babasına məxsusdur.”

Bu sözlərlə "Müsəlman Birliyi” Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə müsahibəsində Penitensiar Xidmətin həyat yoldaşı ilə görüşə getdiyi zaman uşaq çantasındakı oyuncaqların içərisindən telefon aşkar edilməsi barədə məlumatına münasibət bildirib.

"Bizdən orada izahat götürüldü. Həqiqtən telefonun bizə aid olduğu deyildi. Sonra telefonun aktlaşdırıldığı bizə deyildi. Ancaq bunun belə ajiotaj yaradacağını, mediaya çıxarılacağını qətiyyən düşünmürdük. Çünki hər birimizə məlumdur ki, belə təsadüfi hallar əksər həbsxanalarda olur. Yəni rast gəlməmişdik ki, bu halı işıqlandırsınlar. Bu onu göstərir ki, Taleh Bağırova qarşı, bu, qəsdən və planlı şəkildə olur. Düzdür hələ məlumat verməyiblər, araşdırma aparılır və yaxud cinayət işi açılacaq ya yox. Hacı Taleh özü də telefon aşkarlayanlara bildirdi ki, özünüz də şahidi oldunuz ki, oyuncaq sumkası balaca və telefon iri ölçüdə olan bir telefondu. Bunu heç bir gizli paltarın içərisindən və ya yeməyin içindən aşkar etməmisiniz. Sizin özünüzə sumkalar təhvil verilib. Siz çox rahatlıqla açıq bir yerdə əldə etmisiniz. Bu onu göstərir ki, bizim qətiyyən telefon keçirmək niyyətimiz olmayıb.”

Penitensiar Xidmətin Qobustan həbsxanasında saxlanılan "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə haqqında yaydığı məlumatda deyilir ki, Leyla İsmayılzadə martın 21-də üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gedəndə mobil telefon və danışıq kartı keçirmək istəyib.

"Məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd Samsung markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib," Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatında deyilir.

Taleh Bağırzadənin həyat yoldaşı bu hadisənin absurd olduğunu düşünür.

"Bunun absurd olduğunu, həqiqətən qəsdən, planlı şəkildə olduğunu, mən, insanlara çatdırmaq istəyirəm.
"Belə bir şeylərin absurd olduğu, həqiqətən qəsdən, planlı şəkildə olduğunu, mən, insanlara çatdırmaq istəyirəm. Belə bir şeylərlə, əgər, Taleh bəyə təzyiq edəcəklərini düşünürlərsə yanılırlar. Bunlar həqiqətən gülünc doğuracaq, insanların qəzəbini yaradacaq oyunlardı. Bunu belə mediayaya çıxarmaq, televizorda, xəbərlərdə verməyin heç bir yeri yox idi," o bildirib.

Leyla İsmayılzadə telefondakı nömərənin işləmədiyini və yalnız qayınatasının, bu, telefon ilə sosial şəbəkələrdəki məlumatları izlədiyini bildirib. İki gündür bu telefonun evdə itdiyini qeyd edərək, sonradan uşağın çantasında olduğu aydınlaşıb. Onun sözləırinə görə, həbsxana işçiləri telefonun nömrəsini öyrənmək və aydınlaşma aparmaq üçün evlərinə zəng ediblər.

"Hətta çaşdırmaqmı və yaxud sual yaradacaq bir sual da verdilər ki, bəlkə böyük uşaqlar aparıbdır? Qayınanam da qətiyyən deyib ki, böyük uşaqlar illərlə gedirlər bilirlər ki, ora telefon keçirmək olmaz,” o qeyd edib.

Onun sözlərinə görə, telefondakı nömrə iki ay əvvəldən aktiv olmayıb.

"Həbsxana işçiləri teefonla zəng etdilər və özləri də gördü telefonun nömrəsi aktiv deyil."

Taleh Bağırzdənin həbsxanada saxlanma şəraitinə və səhhətinə gəldikdə Leyla İsmayılzadə normal olduğunu bildirib.

"Səhv etmirəmsə Obudsman gedəndən sonra onun qaldığı otağın şəratinə baxış keçiriblər. Yararsız olduğunu görüblər. Təmirə ehtiyac olduğunu bildiriblər. İndi normal bir hala gətiriblər. Aclıq aksiyasından sonra çəkisi də bir xeyli normaya düşüb. Amma səhhəti normaldır.”

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər öldürülüb. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə 20 il həbs cəzasına məhkum edilib.